[b]“Qələbə qazanmaq üçün qol vurmaq lazımdı” – ruslar millimizin çıxışını dəyərləndirdi[/b]
22.01.2017 - 16:23
[b]“Qələbə qazanmaq üçün qol vurmaq lazımdı” – ruslar millimizin çıxışını dəyərləndirdi[/b]

FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirin təşkilatçıları yarışda çıxış etmiş bütün komandalar haqqında yekun yazı hazırlayıblar. Apasport.az xəbər verir ki, turnirin rəsmi saytında yer alan geniş məqalədə Azərbaycan millisinin çıxışına da toxunulub.

 

Təşkilatçılar komandamızın çıxışını təəssüflə xatırlayaraq onların 9-cu yerə layiq olmadığını vurğulayıblar: “Azərbaycan millisinin yekunda əldə etdiyi yer olduqca ədalətsizdir. Komandanın baş məşqçisi Təbriz Həsənov və komandanın digər məşqçiləri bütün turnir boyu başlarını tutaraq buraxılan qol imkanlarını məyusluqla izləyirdilər. Halbuki komanda həmişə meydanda ərazi üstünlüyünə malik idi. Ancaq neyləmək olar? Qələbə qazanmaq üçün qol vurmaq lazımdı”.

0