[b]Milli üzvü oynadı, komandası qalib gəldi[/b]
22.01.2017 - 19:57
[b]Milli üzvü oynadı, komandası qalib gəldi[/b]

Milli komandamızın üzvü Dmitri Nazarovun komandası “Aue” gücünü yoxlama matçında sınayıb. Apasport.az saytının məlumatına görə, II Bundesliqa təmsilçisi Çexiya təmsilçisi “Banik”lə qarşılaşıb.

 

Görüş almanların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Nazarov matça ehtiyat oyunçular skamyasında başlasa da, ikinci hissənin başlaması ilə birlikdə oyuna daxil olub.

 

Maraqlıdı ki, “Aue” hər iki qolu məhz ikinci hissədə vurub.

0