[b]“Böyük klubun bir hissəsi olmaq qürurvericidi” - Kseniya Poznyak[/b]
24.01.2017 - 10:05
[b]“Böyük klubun bir hissəsi olmaq qürurvericidi” - Kseniya Poznyak[/b]

“Çox yorucu oyun oldu. Rəqibimiz mübariz komanda olduğunu bir daha göstərdi”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin voleybolçusu Kseniya Poznyak deyib.

 

31 yaşlı blokçu “Beşiktaş”ın heyətində Türkiyə Superliqasında debüt edib. “İdman Ocağı”na 3:2 hesabı ilə qalib gələn Poznyak Azərbaycan Voleybol Federasiyasının feysbuk səhifəsinə bildirib ki, İstanbul təmsilçisinin heyətində ən yaxşı oyununu göstərməyə çalışacaq: “Rəqibimizin turnir cədvəlində aldığı yer sizi heç aldatmasın. Çox şadam ki, hər şey “Beşiktaş” üçün yaxşı qurtardı. Böyük klubun bir hissəsi olmaq qürurvericidi. Çalışacağam ki, komandama maksimum fayda verim”.

0