[b]“Qəbələ” Antalyadan qələbə ilə ayrılır[/b]
24.01.2017 - 20:02
[b]“Qəbələ” Antalyadan qələbə ilə ayrılır[/b]

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” bu gün son yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, Roman Qriqorçukun yetirmələri Makedoniyanın “Şkendiya” klubu ilə görüşüb.

 

Görüş "qırmızı-qaralar"ın qələbəsi ilə başa çatıb. Hesabı Filip Ozobiç açıb. İlk yarı bu hesabla bitib. İkinci hissədə ArazAbdullayev fərqi artırıb. Rəqib 89-cu dəqiqədə fərqi azaltsa da, bu, "Qəbələ"nin qələbəsinə mane olmayıb.

 

Təmsilçimiz bunadək Albaniyanın “Partizani” klubuna 1:2 hesabı ilə uduzub, Rumıniya “Qaz Metan”ını 1 cavabsız qolla məğlub edib və Qazaxıstan “Ordabası”sı ilə qolsuz bərabərə qalıb. Oyun həm də Topaz Premyer Liqasında çıxış edən təmsilçilərimizin Türkiyədəki son yoxlama görüşüdü.

 

Əsası 1979-cu ildə qoyulan Tetovo şəhərinin klubu ötən mövsüm Makedonioya çempionatının gümüş medalını qazanıb. Komandanın son 4 ildə yüksələn templə əvvəl 5-ci, sonrakı illərdə 4-cü, 3-cü və 2-ci yerləri tutması diqqət çəkir. “Şkendiya” son mövsümdə ölkə kubokunun da qalibi olub.

 

Tarixində ilk dəfə kubok qazanan klub yeganə çempionluğunu 2010/11 mövsümündə bayram edib. “Şkendiya” cari mövsümdə Avropa Liqasının pley-offuna qədər irəliləyib. Tetovolular II təsnifat mərhələsində Azərbaycan klubu “Neftçi”ni də mübarizədən kənarlaşdırıb – 1:0, 0:0.

 

Yoxlama oyunu

24 yanvar

“Qəbələ” – “Şkendiya” (Makedoniya) - 2:1

Qollar: Filip Ozobiç, 38, Araz Abdullayev, 77 - Yuri Çolak, 89

 

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 20. Rikardinyo, 15. Vitali Vernidub, 88. Tellur Mütəllimov, 34. Ürfan Abbasov, 7. Nika Kvekveskiri, 6. Rəşad Sadiqov (k), 11. Asif Məmmədov, 19. Filip Ozobiç, 10. Ruslan Qurbanov, 9. Sergey Zenyov

Ehtiyat oyunçular: 33. David Piterzkeviç, 21. Roman Hüseynov, 14. Cavid Hüseynov, 77. Araz Abdullayev, 27. Teo Uiks, 30. Ramazan İsayev, 13. Murad Musayev, 29. Hacıağa Hacıyev, 8. Qismət Alıyev, 18. Baqali Dabo, 3. Vojislav Stankoviç

0