[b]“Bakı klubunun çoxlu pulu var” – polşalı məşqçi[/b]
24.01.2017 - 10:40
[b]“Bakı klubunun çoxlu pulu var” – polşalı məşqçi[/b]

“İndidən Azərbaycan təmsilçisi ABU ilə oyun haqda danışmaq tezdi. Çünki biz yalnız qarşıdakı oyunu düşünürük. Yəni, hazırlığımız oyundan-oyuna olan müddəti əhatə edir”. Apasport.az saytının məlumatına görə, bunu Polşanın “Kram Start Elblaq” klubunun baş məşqçisi Andjey Nievrjava deyib.

 

Mütəxəssis “Çelenc Cup”ın 1/8 final mərhələsində qarşılaşacağı Azərbaycanın ABU komandası ilə oyundan danışıb. Nievrjava bildirib ki, Bakı təmsilçisi haqda heç kimdən məlumat toplaya bilmir: “Yalnız ABU ilə görüş ərəfəsində keçirəcəyimiz matçdan sonra Azərbaycandan olan rəqib haqda düşünməyə başlayacağıq. Həmin andan bütövlüklə “Çelenc Cup”a köklənəcəyik. Azərbaycan çempionatının güclü və ya zəif olduğunu deyə bilmərəm. Bu haqda məlumatım yoxdu. Amma onların çoxlu pulu var. Bu üzdən ABU legioner gətirmək iqtidarındadı. Mən bu komanda haqda mümkün qədər çox məlumat toplamaq istəyirəm. Təəssüf ki, Bakı təmsilçisinin gücü və taktikası haqda çoxlarının xəbəri yoxdu”.

 

Qeyd edək ki, ABU fevralda hər iki matçını səfərdə keçirəcək.

 

 

 

 

0