[b]Maşallah Əhmədov vurduğu ziyanın 50 min manatını sabah ödəyəcək - YENİLƏNİB[/b]
24.01.2017 - 13:26
[b]Maşallah Əhmədov vurduğu ziyanın 50 min manatını sabah ödəyəcək - YENİLƏNİB[/b]

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib. APA-nın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi prosesdə zərərçəkmiş Yusif Əzizov bildirib ki, M. Əhmədov ona 50 min manatı sabah versə, qalan 78 min manat borcu başqa vaxt ala bilər.

 

M. Əhmədov isə 50 min manatı sabah verəcəyini deyib.

 

Buna görə prosesi sabahadək təxirə salınıb.

 

 

***

 

 

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir. APA-nın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə Maşallah Əhmədov vurduğu ziyanın 50 min manatını ödəyə biləcəyini deyib.

 

Zərərçəkənlər isə buna etiraz edib və dəymiş ziyanın tam ödənilməsini istəyib.

 

Məhkəmədə fasilə elan olunub. Fasilədən sonra qərar açıqlanacaq.

 

Qeyd edək ki, prokuror Maşallah Əhmədova 9 illik həbs cəzası istəyib.

 

Xatırladaq ki, Maşallah Əhmədov 2015-ci ilin dekabrında saxlanılıb. Bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu da qaytarmayıb. M. Əhmədov barəsində həbs qətimkan tədbiri seçilsə də, sonradan bu qərar ev dustaqlığı ilə əvəzlənib.

 

0