[b]TPL: 2017-ci il Qəbələdə start götürəcək[/b]
24.01.2017 - 11:38
[b]TPL: 2017-ci il Qəbələdə start götürəcək[/b]

Topaz Premyer Liqasında XV turun oyun cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, mövsümün ikinci yarısı Qəbələdə start götürəcək.

 

2017-ci ilin ilk matçında “Qəbələ” “Sumqayıt”ı qəbul edəcək. Turun “Qarabağ”la “Neftçi” arasında mərkəzi oyunu isə turun son qarşılaşması olacaq.

 

Qeyd edək ki, turun bütün oyunları “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

 

III dövrə

XV tur

28 yanvar (şənbə)

 

15:00. “Qəbələ” – “Sumqayıt”

Qəbələ şəhər stadionu

 

17:30. “İnter” – “Kəpəz”

“İnter Arena”

 

29 yanvar (bazar)

 

15:00. “Zirə” – AZAL

Zirə İdman Kompleksinin stadionu

 

17:30. “Qarabağ” – “Neftçi”

“Azərsun Arena”

 

0