[b]Çingiz Abdullayev: Azad Rəhimov dedi ki, maşının şüşəsini sındırıb...[/b]
24.01.2017 - 12:25
[b]Çingiz Abdullayev: Azad Rəhimov dedi ki, maşının şüşəsini sındırıb...[/b]

“Azad Rəhimov İtaliyada səfərdə olanda mənə zəng vurub dedi ki, diplomatım (portfel) səfirin maşınında qalıb, maşının şüşəsini sındırıb çantanı aparıblar”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev deyib.

 

Azərbaycanın xalq yazıçısı lent.az saytına müsahibəsində gənclər və idman naziri Azad Rəhimovun onun kitablarının oxucularından biri olduğunu deyib. O, nazirlə arasındakı maraqlı dialoqu yada salıb: “Azad Rəhimov dedi ki, diplomatın içində xeyli pul, sənədlər, pasport və sənin avtoqrafla verdiyin kitabın vardı. Mən o kitabdan başqa heç nəyə təəssüflənmirəm, sənədlər düzələcək, amma heyf kitabdan. Dedim, sən nə danışırsan, sağ-salamat gəl çıx, mən o kitabdan sənə ikisini hədiyyə edərəm. Doğrudan da, fəxr edirəm ki, bizim ən intellektual şəxslərimiz, siyasi elitamız mənim kitablarımı oxuyur”.

 

Qeyd edək ki, Çingiz Abdullayev “Neftçi”nin Müşahidə Şurasının sədri vəzifəsinə 2015-ci ildə təyin olunub. 

0