[b]“Liverpul”dan Koutinyoya yeni müqavilə[/b]
24.01.2017 - 13:14
[b]“Liverpul”dan Koutinyoya yeni müqavilə[/b]

“Liverpul” rəhbərliyi komandanın aparıcı oyunçularından olan Filipp Koutinyonun müqaviləsinin müddətini uzatmaq niyyətindədi. Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, “mersisaydlılar” braziliyalı yarımmüdafiəçiyə yeni sözləşmə təklif ediblər.

 

Koutinyonun hazırkı müqaviləsinin müddəti 2020-ci ilin yayına kimi nəzərdə tutulub. Lakin “qırmızılar” işlərini ehtiyatlı tutaraq, adı “Barselona” ilə birgə hallanan futbolçu ilə yeni saziş imzalamağı qərara alıblar. “Liverpul” rəhbərliyi Koutinyonu razı salmaq üçün onun məvacibini artırmağa da hazırdı.

 

Qeyd edək ki, 2013-cü ildən “Liverpul”un formasını geyinən Koutinyo hazırkı komandasında ümumilikdə 162 oyunda 35 qola imza atıb. 

0