[b]Türkiyə Superliqasında baş məşqçi istefası[/b]
24.01.2017 - 13:19
[b]Türkiyə Superliqasında baş məşqçi istefası[/b]

Türkiyə Superliqa klublarından daha biri baş məşqçisi ilə yollarını ayırıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, “Qaziantepspor” İbrahim Üzülməzlə vidalaşıb.

 

Rəhbərliklə yenicə baş məşqçi postuna gətirilən Üzülməz arasında görüş baş tutub və qarşılıqlı razılıqla müqaviləyə xitam verilməsi qərara alınıb. Qaziantep təmsilçisi boş qalan postu Bülənt Uyquna həvalə etmək niyyətindədi.

 

Qeyd edək ki, dekabrın 12-də “Qaziantepspor”a baş məşqçi təyin olunan İbrahim Üzülməzin rəhbərliyi altında komanda cəmi 3 oyun keçirib və hər üçündə məğlub olub. “Qaziantepspor” hazırda 11 xalla turnir cədvəlinin son pilləsində qərarlaşıb.

0