[b]Səbət altında "döyülən" "Bakı"[/b]
24.01.2017 - 14:58
[b]Səbət altında "döyülən" "Bakı"[/b]

Basketbol üzrə Azərbaycan millisi (U-16) Gürcüstan birinciliyində çıxışını davam etdirir. Apasport.az saytının məlumatına görə, oğlanlardan ibarət komandamız qonşu ölkə çempionatının II dövrəsində növbəti oyununu keçirib.

 

Samit Nuruzadənin başçılıq etdiyi kollektiv “Sxumi” ilə qarşılaşıb. Birincilikdə “Bakı” adı altında çıxış edən təmsilçimiz bu dəfə də məğlubiyyətə üzülüb. Basketbolçularımız 61:76 hesabı ilə uduzub.

 

Qeyd edək ki, komandamız bunadək 7 oyundan 3-də qalib gəlib. 

0