[b]AFFA Prosineçki məsələsində son sözü dedi[/b]
24.01.2017 - 15:45
[b]AFFA Prosineçki məsələsində son sözü dedi[/b]

“Prosineçki özü də bu barədə danışıb. O, heç yerə getməyəcək”. Apasport.az saytı xəbər verir ki, bu sözləri qafqazinfo.az saytına AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

 

Məmmədov Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin “Bursaspor”dan təklif almasına münasibət bildirib. O deyib ki, xorvatiyalı mütəxəssisin Türkiyə klubuna keçidi baş tutmayacaq: “Robert Prosineçki müqavilə müddətinin sonuna qədər Azərbaycan millisində qalacaq. Başqa variant yoxdu”.

 

Qeyd edək ki, “Bursaspor”un İdarə Heyətinin üzvü Yüksəl Çolak və meneceri Hüseyin Gedik Prosineçki ilə danışıq aparmaq məqsədilə Bakıdadılar.

0