[b]WADA-dan növbəti çağırış: Onlar DÇ-2018-i boykot etməyə qərar versə...[/b]
24.01.2017 - 16:37
[b]WADA-dan növbəti çağırış: Onlar DÇ-2018-i boykot etməyə qərar versə...[/b]

Beynəlxalq Antidopinq Agentliyi (WADA) aparıcı futbol ölkələrini DÇ-2018-i boykot etməyə çağırıb. Apasport.az saytının məlumatına görə, şimal qonşularımızın mundial ev sahibliyi etməsinin əleyhdarı olan WADA yarışın başqa ölkəyə keçirilməsi şərtlərini açıqlayıb.

 

FİFA və UEFA yarışın yerinin dəyişməsinin əleyhinə olsa da, qurumun rəhbəri Riçard Paund hələ də iddiasından əl çəkmir. O, yalnız boykotla istəyinin gerçəkləşməsini mümkün sayır: “Yarışın əsas iştirakçıları DÇ-2018-i boykot etməyə qərar versə, müəyyən addımların atılması zəruri olacaq. Onda final mərhələsinin yeri də başqa ölkəyə dəyişdiriləcək”.

 

Qeyd edək ki, DÇ-2018 gələn il iyunun 14-dən iyulun 15-dək keçiriləcək.

0