[b]Sabiq “Mançester Siti”li özünə yeni klub tapdı[/b]
24.01.2017 - 16:51
[b]Sabiq “Mançester Siti”li özünə yeni klub tapdı[/b]

İngiltərə yığmasının sabiq üzvü Joleon Leskottun yeni klubu müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, 34 yaşlı müdafiəçi ölkəsinə qayıdıb.

 

Belə ki, ötən il Yunanıstanın AEK klubuna keçən, lakin çox qalmayan Leskott “Sanderlend”lə müqavilə bağlayıb. Məlumatı klubun rəsmi saytı yayıb.

 

Razılaşmaya əsasən, Leskott cari mövsümün sonuna qədər “Sanderlend”də çıxış edəcək. O, yeni komandasında 15 nömrəli formanı geyinəcək.

 

Qeyd edək ki, karyerası ərzində “Vulverhempton”, “Everton”, “Mançester Siti”, “Vest Bromviç” və “Aston Villa” klublarının da formasını geyinmiş Leskott 2007-2013-cü illərdə İngiltərə yığmasının şərəfini qoruyub. 

0