[b]“Çox şeyə həyat yoldaşım sayəsində nail olmuşam” – Vitali Vernidub[/b]
24.01.2017 - 16:51
[b]“Çox şeyə həyat yoldaşım sayəsində nail olmuşam” – Vitali Vernidub[/b]

“Alisiya ilə çoxdan tanış olmuşuq. Dostum bizi tanış eləmişdi. Onunla bu periodda olduqca yaxın olduq. Alisiya ilə birlikdə xoş idi və müəyyən müddət keçdikdən sonra evlənməyi qərara aldıq”. Apasport.az saytı xəbər verir ki, bunu “Qəbələ”nin müdafiəçisi Vitali Vernidub deyib.

 

“Qəbələ TV”nin qonağı olan Vernidub və həyat yoldaşı şəxsi həyatları ilə bağlı sualları cavablandırıblar. “Qırmızı-qaralar”ın “15 nömrəsi” eyni zamanda Azərbaycan və Ukrayna arasında fərqlərdən, eləcə də Vitalinin karyerasından danışıblar.

 

Ukraynalı oyunçu oğlunun da gələcəkdə futbolçu olmasını arzuladıqlarını əlavə edib: “Futbolda bir çox şeyə həyat yoldaşım sayəsində nail olmuşam. Oğlumun da yolumu davam etdirməsini, futbolçu olmasını istəyirik. Amma ən vacibi onun yaxşı insan olmasıdı. Futbolçu olsa belə, yaxşı təhsil almasına çalışıram”.

 

0