[b]Azərbaycanda ilk dəfə[/b]
25.01.2017 - 18:01
[b]Azərbaycanda ilk dəfə[/b]

Avropa Voleybol Konfederasiyası (CEV) Azərbaycanda yenilik tətbiq edib. Apasport.az saytının məlumatına görə, beynəlxalq qurum Avropa çempionatı öncəsi ölkəmizdə ilk dəfə məşqçilərə beynəlxalq sertifikat verəcək.

 

Belə ki, artıq Azərbaycan Voleybol Federasiyası, Milli Olimpiya Komitəsi və Azərbaycan Təhsil Nazirliyi ilə razılıq əldə olunub. Bu məqsədlə sabah Bakı və Gəncədə seminarlar start götürəcək. Dərsləri CEV tərəfindən göndərilən beynəlxalq mütəxəssislər aparacaqlar.

 

Fevralın 5-dək davam edəcək seminarda 30-a yaxın müəllimin iştirakı gözlənilir. 

0