[b]“Komandamın çıxışından razıyam” - Zoran Qayiç[/b]
26.01.2017 - 10:36
[b]“Komandamın çıxışından razıyam” - Zoran Qayiç[/b]

“Komandamın çıxışından razıyam. Çünki bütün voleybolçularımız oyunu yaxşı səviyyədə keçirdi”. Apasport.az saytının məlumatına görə, bunu “Telekom”un baş məşqçisi Zoran Qayiç deyib.

 

Təcrübəli mütəxəssis yetirmələrinin Çempionlar Liqasında “Modena”ya 0:3 hesablı məğlubiyyətini şərh edib. O bildirib ki, gənc və perspektivli komandası təcrübəlilərdən qurulan italiyalılara qarşı sonadək döyüşüb: “Bununla da onlar ölkə çempionatının növbəti matçına hazır olduqlarını sübut etdilər. “Modena”nı da təbrik edirəm, onlar yaxşı oyun keçirdilər”.

 

Qeyd edək ki, Super Liqanın lideri olan “Telekom” çempionatda növbəti oyununu Gürcüstan millisinə qarşı keçirəcək. 

0