[b]Olimpiya çempionlarımıza yeni vəzifə verildi[/b]
26.01.2017 - 15:19
[b]Olimpiya çempionlarımıza yeni vəzifə verildi[/b]

Azərbaycan Həndbol Federasiyasının (AHF) yeni rəhbərliyi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, dekabrda qurumun prezidenti seçilən “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədovun kimlərlə işləyəcəyi bilinib.

 

Belə ki, Olimpiya çempionu Rəfiqə Şabanova AHF-dakı işini vitse-prezident kimi davam etdirəcək. Orxan Abbasov da onunla eyni vəzifəni daşıyacaq. Federasiyada baş katib funksiyasını “Azəryol” voleybol klubunun sabiq icraçı direktoru Yusif Atakişiyev yerinə yetirəcək.

 

İsgəndər Əsgərov idman, Ernest Ağakişiyevlə Vaqif Əliyev beynəlxalq şöbəyə rəhbərlik edəcək. Federasiyada baş hakim Ələkbər Ağakişiyev olacaq. Məşqçilər Şurası isə Hikmət Abdullayevlə Olimpiya çempionu Lyudmila Şubinaya həvalə edilib. 

0