[b]Bakı klubu Gürcüstan yığmasına qarşı[/b]
27.01.2017 - 11:47
[b]Bakı klubu Gürcüstan yığmasına qarşı[/b]

Sabah qadın voleybolçular arasında Azərbaycan Super Liqasında 1 oyun keçiriləcək. Apasport.az saytının məlumatına görə, “Azərreyl” Voleybol Bazasında baş tutacaq günün yeganə oyununda “Lokomotiv” Gürcüstan yığması ilə üz-üzə gələcək.

 

Bakı təmsilçisinin asan qələbə qazanacağı gözləniləndi. Çünki heç də yaxşı formada olmayan və əsasən millinin ehtiyat qüvvəsi ilə paytaxtımıza gələn gürcülərin set qazanması belə inandırıcı görünmür. Çünki məktəb şagirdlərindən təşkil edilən Vüqar Əliyevin yetirmələri gürcülərlə ilk matçı da “quru hesabla” aktivinə yazmışdı. Onlar bu dəfə də qələbə qazanarlarsa, rəqibi ilə xal fərqini 6-ya çatdıracaq.

 

Azərbaycan Super Liqası

28 yanvar

17:00. Gürcüstan – “Lokomotiv”

Bakı. “Azərreyl” Voleybol Mərkəzi

 

İlk oyun: “Lokomotiv” – Gürcüstan – 3:0 (25:22; 25:17; 25:21)

 

Telekom

8

8

0

24-9

771-623

21

Azərreyl

7

5

2

19-8

622-491

16

Azəryol

8

3

5

15-15

649-605

10

Lokomotiv

7

1

6

4-18

346-533

3

Gürcüstan

4

0

4

0-12

164-300

0

 

Qeyd edək ki, gürcülər ardıcıl 4 gün oynayacaqlar. Onlar “Lokomotiv”in ardınca müvafiq olaraq “Azəryol”, “Telekom” və “Azərreyl”lə üz-üzə gələcəklər. 

0