[b]Covanni dos Santos aktrisa ilə yaxalandı: 72 saat...[/b]
27.01.2017 - 12:53
[b]Covanni dos Santos aktrisa ilə yaxalandı: 72 saat...[/b]

 “Los Anceles Qalaksi” klubunun futbolçusu Covanni dos Santos növbəti dəfə özəl həyatı ilə gündəmə gəlib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, braziliyalı yarımmüdafiəçi meksikalı müğənni Eyza Qonzaleslə yaxalanıb.

 

Belə ki, depressiyada olduğu deyilən 27 yaşlı aktrisa çıxış yolunu dos Santosla birlikdə keçirməkdə görüb. Cütlük Tulum şəhərində dostların birinin evində 72 saatı bir yerdə keçirib. Maraqlıdı ki, 3 gün cinsi əlaqədə olduğu bildirilən Covanni ilə Eyza sevgili deyillər. “Barselona”nın sabiq futbolçusu unudulmaz təcrübə yaşamaq və zövq almaq üçün bu addımı atdıqlarını söyləyib.

 

Cütlük ilk dəfə deyil ki, bir araya gəlirlər. Ötən ilin sonlarında onların Los-Anceles şəhərindəki lüks oteldə bir yerdə görüntülənən videosu yayılmışdı. Həmin vaxt idmançılar və şou-biznes adamlarının qatıldığı tədbirdə tanış olublar. Onların birlikdə olduqları video isə internet saytlarına bahalı qiymətə satılmaqda davam edir.

 

Qeyd edək ki, Eyza Qonzales ötən ilin yayında “Real”ın hücumçusu Kriştianu Ronaldo ilə tanış olub və bundan sonra məşhurlaşıb. Lakin onun portuqaliyalı ilə yaxınlığı uzun sürməyib.

 

0