[b]5 qat Azərbaycan çempionu Türkiyədə[/b] - FOTO
27.01.2017 - 15:15
[b]5 qat Azərbaycan çempionu Türkiyədə[/b] - FOTO

Serbiya millisinin sabiq voleybolçusu Nataşa Krsmanoviç karyerasını Türkiyədə davam etdirəcək. Apasport.az saytının məlumatına görə, fəaliyyətini dayandıran Bakının “Rabitə” klubu ilə 5 dəfə Azərbaycan çempionu olan 32 yaşlı blokçu “Seramiksan”la müqavilə bağlayıb.

 

O, mövsümün sonuna kimi bu komandanın uğurları üçün çalışacaq. Krsmanoviç “Seramiksan”a Azərbaycanda işləmiş və hazırda bu klubun “sükanı arxası”nda olan braziliyalı Ancelo Vercesinin istəyi ilə transfer olunub. 

0