[b]“Bakı” Gürcüstandan fiasko ilə qayıdır[/b]
27.01.2017 - 17:11
[b]“Bakı” Gürcüstandan fiasko ilə qayıdır[/b]

Basketbol üzrə Azərbaycan millisi (U-16) Gürcüstan birinciliyinin II dövrədəki çıxışını başa vurub. Apasport.az saytının məlumatına görə, qonşu ölkə çempionatında “Bakı” adı altında oynayan oğlanlardan ibarət komandamız son 3 qarşılaşmasının hamısını məğlubiyyətlə başa vurub.

 

Samit Nuruzadənin başçılıq etdiyi kollektiv "Hyundai"yə 19 (54:73), “Armia”ya 24 (57:81) və TSU-ya 7 (48:55) top fərqi ilə uduzub.

 

Yığmamız U-18-lər arasında keçirdiyi 11 matçdan cəmi 3-də qələbə qazanıb.

 

0