[b]Mario Balotelli bu gözəli tək qoydu - FOTOSESSİYA[/b]
28.01.2017 - 00:00
[b]Mario Balotelli bu gözəli tək qoydu - FOTOSESSİYA[/b]

“O, mənim əbədi məhəbbətimdir. Mario bilmir, ancaq İtaliyaya məhz ona görə gəlmişəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri braziliyalı fotomodel Dayane Mello deyib.

 

İtaliya mətbuatına müsahibə verən model fotosessiya üçün gəldiyi ölkədə Mario Balotelliyə vurulduğunu bildirib: “Bura fotosessiya üçün gəlmişdim. Birdən otaqda Marionu gördüm və o dəqiqə vuruldum. Onun üçün geri dönsəm də, planları başqa idi”.

 

 

Bir fotoçəkiliş üçün İtaliyaya gedən Dayane Mello işi bitdikdən sonra gecə klubunda əylənərkən məşhur futbolçu Mario Balotelli ilə qarşılaşıb. Ulduz oyunçuya vurulan model daha sonra onun üçün İtaliyaya gedib və orda qalmağa qərar verib.

 

 

Balotelli transfer səbəbindən Fransaya köçsə də, Mello fikrini dəyişməyib. 2014-cü ildə İtaliyada “Ulduzlarla rəqs” şousuna qatılan 27 yaşlı fotomodel, “Məşhurlar adası” realiti-şousunun da 12-ci buraxılışında iştirak edəcək.

 

0