[b]“Lokomotiv”dən əzmkar qələbə - YENİLƏNİB[/b]
28.01.2017 - 18:40
[b]“Lokomotiv”dən əzmkar qələbə - YENİLƏNİB[/b]

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında 1 oyun keçirilib. Apasport.az saytının məlumatına görə, “Lokomotiv” Gürcüstan yığması ilə üz-üzə gəlib.

 

“Azərreyl” Voleybol Bazasında baş tutan oyunda Bakı təmsilçisinin asan qələbə qazanacağı gözlənilsə də ilk setdə gürcülər qalib gəlib. Məktəb şagirdlərindən təşkil edilən Vüqar Əliyevin yetirmələri sonradan özlərinə gələrək ardıcıl 3 hissədə üstün olaraq əzmkar qələbə qazanıblar.

 

Azərbaycan Super Liqası

28 yanvar

 

Gürcüstan – “Lokomotiv” - 1:3 (25:20, 11:25, 18:25, 16:25)

Bakı. “Azərreyl” Voleybol Mərkəzi

İlk oyun: “Lokomotiv” – Gürcüstan – 3:0 (25:22; 25:17; 25:21)

 

 

Telekom

8

8

0

24-9

771-623

21

Azərreyl

7

5

2

19-8

622-491

16

Azəryol

8

3

5

15-15

649-605

10

Lokomotiv

8

2

6

7-19

441-603

6

Gürcüstan

5

0

5

1-15

234-395

0

 

 

Qeyd edək ki, gürcülər ardıcıl 4 gün oynayacaqlar. Onlar “Lokomotiv”in ardınca müvafiq olaraq “Azəryol”, “Telekom” və “Azərreyl”lə üz-üzə gələcəklər. 

0