[b]Nə set verdi, nə də xal - YENİLƏNİB[/b]
30.01.2017 - 18:06
[b]Nə set verdi, nə də xal -  YENİLƏNİB[/b]

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında növbəti oyun keçirilib. Apasport.az saytının məlumatına görə, “Gənclik” Olimpiya İdman Kompleksində təşkil olunan görüşdə “Telekom” Gürcüstan millisini sınağa çəkib.

Qarşılaşma Zoran Qayiçin yetirmələrinin asan qələbəsi ilə yekunlaşıb. Vitse-çempion rəqibinə nə set, nə də xal verib.
 
Belə ki, I seti 11 top irəlidə bitirən Bakı təmsilçisi ardınca 25:18 hesablı qələbə qazanıb. Üçüncü hissə daha tez başa çatıb. “Telekom” qonşu ölkə yığmasını bu dəfə 25:11 hesabı ilə məğlub edib. 
 
Beləliklə, I dövrədə olduğu kimi, təmsilçimiz 3:0 hesabı ilə qalib gəlib. Bu qələbə “Telekom”un liderliyini daha da möhkəmlədib.

 

Azərbaycan Super Liqası

30 yanvar

Gürcüstan – “Telekom” - 0:3 (14:25, 18:25, 11:25)

“Gənclik Olimpiya İdman Kompleksi

 

İlk oyun: “Telekom” – Gürcüstan – 3:0 (25:15; 25:10: 25:9)

 

Telekom

9

9

0

27-9

846-666

24

Azərreyl

8

6

2

22-8

697-530

19

Azəryol

8

3

5

15-15

649-605

10

Lokomotiv

8

2

6

7-19

441-603

6

Gürcüstan

7

0

7

1-21

316-545

0

 

 

 

0