[b]"Coach Education Level 1 Expert Course" kursları başa çatdı[/b]
31.01.2017 - 17:03
[b]"Coach Education Level 1 Expert Course" kursları başa çatdı[/b]

Azərbaycan Badminton Federasiyasının təşkilatçılığı ilə Bakıda badminton idman növü üzrə məşqçilər üçün "Coach Education Level 1 Expert Course" adlı təlim kursları keçirilib. Apasport.az saytının xəbərinə görə, 3 gün davam edən kurslar məşqçilərin ixtisasının artırılması üçün nəzərdə tutulub.

 

Tədbirdə İsveç, İngiltərə, Almaniya, Hollandiya, Belarus və İspaniyadan olan mütəxəssislər iştirak ediblər. Təlimin ilk günü əsasən nəzəriyyədən, ikinci günü praktikadan, sonuncu gün isə imtahan və təlim iştirakçılarına sertifikatların təqdim olunmasından ibarət idi.

 

Kursu uğurla bitirən iştirakçılar badminton müəllimi, badminton məsləhətçisi, birinci dərəcəli məşqçi və ya ekspert sertifikatı ilə təltif olunublar.

 

0