[b]Yığmamızın heyətində dəyişiklik edildi[/b]
02.02.2017 - 10:12
[b]Yığmamızın heyətində dəyişiklik edildi[/b]

Cüdo üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, yığmamız 2017-ci ilin ilk “Böyük Dəbilqə” turnirinə 7 deyil, 8 idmançı ilə yollanacaq.

 

Məşqçilər korpusu fevralın 11-12-də Fransanın paytaxtı Parisdə keçiriləcək yarış üçün Hidayət Orucovu da sifariş edəcək. O, 73 kq çəki dərəcəsində tatami üzərinə çıxacaq.

 

Orucovadək isə “Böyük Dəbilqə”yə Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq) və Uşanqi Kokaurinin (+100 kq) qatılacağı açıqlanmışdı.

 

Yarışda ümumilikdə 63 ölkədən 446 (276 kişi, 170 qadın) cüdoçu mübarizə aparacaq. 

0