[b]"Azərreyl" yenə uduzdu, "Telekom" liderliyini möhkəmlətdi - YENİLƏNİB[/b]
03.02.2017 - 20:06
[b]"Azərreyl" yenə uduzdu, "Telekom" liderliyini möhkəmlətdi - YENİLƏNİB[/b]

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, günün ilk matçında “Lokomotiv” “Azəryol”u sınağa çəkib.

 

Qarşılaşmada Eldar Yusubovun yetirmələri çətinlik çəkmədən qələbə qazanıblar. “Lokomotiv” yalnız ilk hissədə müqavimət göstərsə də, bunun ardını gətirə bilməyib. “Azəryol” əvvəlki oyunlarda olduğu kimi bu dəfə də qalib gəlib və 3-cü pillədəki yerini möhkəmlədib.

 

Günün mərkəzi matçı isə “Azərreyl”lə “Telekom” arasında olub. Çempionluq döyüşündə “dəmiryolçular” ilk 2 matçdakı məğlubiyyətin revanşını almağı hədəfləsələr də, yekunda bunu bacarmayıblar. Düzdü, “Azərreyl” matçı 3 xalla bitirməyə yaxın da olub. Onlar ilk setdə uduzduqdan sonra növbəti 2 hissədə inamlı oyunla əzmkar qələbə də qazanıblar. Lakin hesabda önə keçmək (2:1) komandanı arxayınlaşdırıb. Zoran Qayiçin taktiki gedişi sayəsində “Telekom” 4-cü seti rahat qazanıb. Tay-brek isə gözlənilən kimi keçməyib. Üstünlüyü ələ alan “rabitəçilər” 5:0 hesabı ilə önə çıxıb. Bu isə Famil Ağayevin yetirmələrinin öz oyununu göstərməsinə mane olub. Onlar fərqi 3 topa (9:12) endirsələr də, sonda məğlubiyyətdən qaça bilməyiblər.

 

Beləliklə, ilk 2 dövrədə olduğu kimi setlərin fərqində irəlidə olan “Azərreyl” yekunda 1 xalla kifayətlənib. Məğlubiyyətsiz irəliləyən “Telekom” isə çempionluq yolunda növbəti addımını atıb.

 

3 fevral

 

“Azərreyl” – “Telekom” - 2:3 (20:25, 25:22, 25:22, 12:25, 9:15)

 

“Azərreyl” Voleybol Mərkəzi

 

I dövrə: “Azərreyl” – “Telekom” - 2:3 (26:24, 26:24, 20:25, 14:25, 13:15)

II dövrə: “Telekom” - “Azərreyl” - 3:2 (25:19, 15:25, 23:25, 25:23, 16:14)

 

“Lokomotiv” – “Azəryol” - 0:3 (19:25; 16:25; 16:25)

“Azərreyl” Voleybol Mərkəzi

 

I dövrə: “Lokomotiv” – “Azəryol” - 0:3 (16:25, 11:25, 15:25)

II dövrə: “Azəryol” - “Lokomotiv” - 3:0 (25:8; 25:9, 25:11)

 

Telekom

10

10

0

30-11

955-757

26

Azərreyl

9

6

3

24-11

788-639

20

Azəryol

10

5

5

21-15

799-697

16

Lokomotiv

9

2

7

7-22

492-678

6

Gürcüstan

8

0

8

1-24

357-620

0

0