[b]“Yuventus” “İnter”i də OTUZdurdu - VİDEO[/b]
06.02.2017 - 01:54
[b]“Yuventus” “İnter”i də OTUZdurdu - VİDEO[/b]

İtaliya A seriyasında XXXIII turun daha bir oyunu baş tutub. Apasport.az saytının məlumatına görə, “Yuventus” “İnter”lə qarşılaşıb.

 

Ardıcıl 29 oyundu öz meydanında məğlub olmayan turinlilər bu matçda da qalib gəlib. Quadradonun ilk hissənin son dəqiqəsində vurduğu qol matçda yeganə olub.

 

“Qoca sinyora”nın evdəki məğlubiyyətsizlik seriyası 30 matça çıxıb.

 

İtaliya A seriyası

XXXIII tur

 

“Yuventus” – “İnter” - 1:0

Qol: Quadrado, 45

 

0