[b]“Qidalanmada onlara güzəşt edə bilərik” – Azad Rəhimov[/b]
06.02.2017 - 11:47
[b]“Qidalanmada onlara güzəşt edə bilərik” – Azad Rəhimov[/b]

“Müqaviləmiz var. Buna əsasən bütün idmançılar, qonaqlar nəqliyyat xərcini özləri ödəyirlər. Biz ödəmirik”. Apasport.az saytının məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

 

Nazir bu gün BP və İslam Həmrəyliyi Oyunlarının tərəfdaşlıq sazişinin imzalanması mərasimində çıxış edib.

 

O, ötən həftə bəzi ölkələrin Azərbaycana gəlmək imkanının olmadığını və onlara bu baxımdan kömək olunacağını bildirmişdi. Rəhimov bu köməyin nədən ibarət olacağını açıqlayıb: “Gələn bütün ölkələrin həm yol xərcləri, həm də gündəlik xərcləri özləri tərəfindən ödəniləcək. Biz heç kimin yerinə pul vermirik. Gələn hamı yol pulunu da, qalmaq pulunu da özü ödəyəcək. Hər bir idmançı və ya rəsmi nümayəndə hər gün 50 dollar yemək haqqı verəcək. Bir neçə ölkə var ki, gündəlik yol xərcini ödəməyə onların maliyyə durumu imkan vermir. Həmin ölkələrə İslam Ölkələri Təşkilatı güzəşt etməyə hazırdı. Hazırda bununla bağlı danışıqlar gedir. Biz isə qidalanmada onlara güzəşt edə bilərik. Amma həmin güzəştin nə qədər olacağını deyə bilmərəm. Çünki onlar fərqli maliyyə durumlarına malikdilər. Əsas odu ki, onlar oyunlarda təmsil olunsunlar”.

0