[b]Kubok başladı[/b]
06.02.2017 - 17:17
[b]Kubok başladı[/b]

Voleybol üzrə həvəskarlar kubokuna start verilib. Apasport.az saytının məlumatına görə, ilk dəfə keçirilən yarışda 4 qadın, 10 kişi komandası mübarizə aparır.

 

İlk turda “Azneftxim” “Modern”ə, AVF “Sabunçu”ya, “Əlincə” isə BDU-ya 2:0 hesabı ilə qalib gəlib.

 

Qeyd edək ki, dairəvi sistem üzrə təşkil olunan yarışda 2 hissəni öndə bitirən komanda qalib olur.

0