Millimiz İran turnirinə yollanır
06.02.2017 - 18:43
Millimiz İran turnirinə yollanır

16 yaşadək oğlanlardan ibarət basketbol yığmamız beynəlxalq turnirdə iştirak edəcək. Apasport.az saytının məlumatına görə, millimiz İranda təşkil olunacaq yarışda qüvvəsini sınayacaq.

 

Komandamız Sarab şəhərində İslam İnqilabının 38-ci ildönümünə həsr edilmiş ənənəvi beynəlxalq basketbol turnirində çıxış edəcək. Yarış fevralın 7-dən 11-dək davam edəcək.

0