[b]“...uğurlu çıxış etmirik” - Zoran Qayiç[/b]
07.02.2017 - 09:56
[b]“...uğurlu çıxış etmirik” - Zoran Qayiç[/b]

“Məğlubiyyət acısı yaşamadan lider olduğumuz Azərbaycan çempionatından fərqli, Çempionlar Liqasında eyni dərəcədə uğurlu çıxış etmirik. Azarkeşlərimizə qələbə sevinci bəxş edə bilmədiyimiz üçün təəssüflənirik”. Apasport.az saytının məlumatına görə, bunu “Telekom”un baş məşqçisi Zoran Qayiç deyib.

 

Təcrübəli mütəxəssis Çempionlar Liqasının IV turunda İtaliya “Modena”sı ilə oyun öncəsi fikirlərini açıqlayıb. O bildirib ki, qarşılaşmada məqsədləri yaxşı oyun göstərməkdi: “Bu mövsüm bizimlə eyni qrupda yer alan komandalar çox güclüdü. Buna baxmayaraq qeyd edim ki, milli üzvü olan azərbaycanlı voleybolçularımız çox qiymətli təcrübə qazanıblar və ustalıqlarını artırmaq imkanı əldə ediblər. Qarşıdakı oyunda da rəqibimiz güclü İtaliya təmsilçisi olacaq. Azarkeşlərimizin dəstəyi ilə maksimum nəticə əldə etmək üçün bütün gücümüzü səfərbər edəcəyik”.

 

Qeyd edək ki, qarşılaşma sabah saat 17:00-da başlayacaq.

0