[b]“Hər şey edəcəyik ki, onları sevindirək” - Yelizaveta Səmədova[/b]
07.02.2017 - 11:02
[b]“Hər şey edəcəyik ki, onları sevindirək” - Yelizaveta Səmədova[/b]

“Bizdə komanda ruhu çox yüksək səviyyədədi. Baxmayaraq ki, rəqib “Modena” kimi güclü komandadı”. Apasport.az saytının məlumatına görə, bunu “Telekom”un voleybolçusu Yelizaveta Səmədova deyib.

 

Komandasının kapitanı Çempionlar Liqasında İtaliya “Modena”sı ilə oyundan danışıb. O bildirib ki, sabah IV tur çərçivəsində Bakıda baş tutacaq qarşılaşmada azarkeşləri sevindirməyə çalışacaqlar: “Milli çempionatda “Azərreyl”i 3-cü dəfə məğlub etdiyimizdən Super Liqada aşkar liderik. Bu, Çempionlar Liqasında güclü rəqiblərlə qazanılan təcrübənin bəhrəsidi. Avrokubokda keçirilən oyunlar bizim daxili arenadakı uğurlu çıxışımıza böyük və əvəzsiz təsirini göstərib. İndi də “Modena” ilə oyuna tam hazır vəziyyətdəyik. Hər şey edəcəyik ki, azarkeşlərimizi sevindirək”.

0