[b]“Telekom” “can üstə”, “Azərreyl” təsəlli axtarışında[/b]
07.02.2017 - 15:15
[b]“Telekom” “can üstə”, “Azərreyl” təsəlli axtarışında[/b]

Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının II dövrəsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində mübarizə aparan Bakı klubları 4-cü matçlarına fevralın 8-də və 9-da çıxacaqlar.

 

Təmsilçilərimizdən ilk olaraq, “Telekom” nəyə qadir olduğunu göstərəcək. Zoran Qayiçin çalışdırdığı komanda İtaliyanın “Modena” klubunu qəbul edəcək. Qarşılaşma Super Liqanın gümüş medalçısı üçün çox əhəmiyyətlidi. Çünki bu mövsüm nəinki qələbə, xal belə qazana bilməyən “Telekom” yenə də uduzacağı halda pley-off şansını itirəcək. Bu səbəbdən də ölkə çempionatının lideri 3 xal iddiasındadı. Onlar bununla “Modena”ya ilk oyundakı məğlubiyyətin revanşını da almış olacaqlar.

 

Lakin görüşün heç də asan keçməyəcəyi proqnozlaşdırılmır. Qrupun vahid lideri olan qonaqlar da Bakıda xal itirməyi planlaşdırmırlar. Onlar 3:0 və 3:1 hesabı ilə qalib gələcəkləri halda, qrupun digər qarşılaşmasının nəticəsindən asılı olaraq vaxtından əvvəl mərhələ adlaya bilərlər.

 

“Telekom”dan fərqli, “Azərreyl” pley-offun bir addımlığındadı. Onlar Fransada 3:1 hesabı ilə qalib gəldikləri “Sen-Rafael”i qəbul edəcəklər. Görüşün gərgin alınacağı gözləniləndi. Çünki Fransa çempionu Bakıda da məğlub olacağı halda növbəti mərhələ şansını çətinə salacaq.

 

Əvəzində “Azərreyl” istəyinə bir qədər də yaxınlaşacaq. Onlar bununla Super Liqada “Telekom”a məğlubiyyəti unutdurmuş da olacaqlar. Çempionluğu böyük ölçüdə əldən verən Famil Ağayevin yetirmələri avrokubokla təsəlli tapmaq əzmindədi. Qələbə “Fənərbaxça” ilə oyun öncəsi komandamızın düşərgəsində yüksək əhval-ruhiyyə də yaradacaq. “Azərreyl” məğlub olarsa belə növbəti mərhələ şansını itirməyəcək.

 

Qeyd edək ki, C qrupunda “Azərreyl”lə “Sen-Rafael” oyunlarının yerini dəyişib. Bu səbəbdən də onlar öncə IV turun səfərə oyununu keçirib, indi isə III turun ev qarşılaşmasına çıxacaq.

 

 

Çempionlar Liqası

 

A qrupu

8 fevral

IV tur

17:00. “Telekom” (Azərbaycan) – “Modena” (İtaliya)

Hakimlər: Stefan Qrieder (İsveçrə), Tudor Pop (Rumıniya)

Bakı. “Sərhədçi” İdman Olimpiya Mərkəzi

 

1.

Modena (İtaliya)

3

3

0

9-3

286-257

8

2.

Konelyano (İtaliya)

3

2

1

8-5

283-268

6

3.

Ximik (Polşa)

3

1

2

6-6

254-248

4

4.

Telekom (Azərbaycan)

3

0

3

0-9

182-232

0

 

 

C qrupu

9 fevral

III tur

18:00. “Azərreyl” (Azərbaycan) - “Sen-Rafael” (Fransa)

Hakimlər: Kristian Volf (İsveçrə), İqor Porvaznik (Slovakiya)

Bakı. “Azərreyl” Voleybol Mərkəzi

 

1.

Fənərbaxça (Türkiyə)

3

3

0

9-1

247-284

9

2.

Azərreyl (Azərbaycan)

3

2

1

6-5

226-251

6

3.

Dabrova Qornitsa (Polşa)

3

1

2

5-7

270-270

3

4.

Sen-Rafael (Fransa)

3

0

3

2-9

225-263

0

 

0