Liderlərin duelinin vaxtı açıqlandı
07.02.2017 - 18:53
Liderlərin duelinin vaxtı açıqlandı

Kişi basketbolçular arasında Azərbaycan çempionatının XII turunun təqvimi açıqlanıb. Apasport.az saytının məlumatına görə, fevralın 11-də baş tutacaq turda cəmi 2 qarşılaşma baş tutacaq.

 

Hövsan Olimpiya İdman Kompleksindəki ilk görüşdə “Marşallar”la AzDNSU üz-üzə gələcək. Oyun saat 12:00-da başlayacaq.

 

Çempionatın liderləri NTD və “Dərviş” arasında mərkəzi oyun isə 13:30-da start götürəcək.

 

Qeyd edək ki, Azərbaycanın U-16 yığmasının İranda keçirilən beynəlxalq turnirə qatılması üzündən NTD U-16-nın “80-lər”lə oyunu təxirə salınıb.

0