[b]Yığmamızın hücumçusunu Pireydə “saxladılar”[/b]
08.02.2017 - 09:14
[b]Yığmamızın hücumçusunu Pireydə “saxladılar”[/b]

Qadın voleybolçular arasında “Çelenc Cup”da 1/8 final mərhələsinin cavab oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Yana Kulanın şərəfini qoruduğu “Çanakkale Bld” Yunanıstanın “Olimpiakos” klubunun qonağı olub.

 

Qarşılaşma Pirey təmsilçisinin qələbəsi ilə yekunlaşıb. “Çanakkale Bld” hesabda 2 dəfə önə keçsə də, məğlubiyyətdən qaça bilməyib – 2:3 (25:19, 17:25, 25:21, 14:25, 14:16).

 

Kulan matçda 15 xal toplayıb.

 

Qeyd edək ki, “Olimpiakos” ilk matçda da 3:2 hesabı ilə qalib gəldiyindən mərhələ adlayıb. “Çanakkale Bld” isə Türkiyə kubokunun ardınca avrokuboka da vida ediblər.

0