[b]Azərbaycanlı atlet dünyanın ilk “üçlüy”ündə[/b]
08.02.2017 - 09:44
[b]Azərbaycanlı atlet dünyanın ilk “üçlüy”ündə[/b]

Beynəlxalq Ağırlıqqaldırma Federasiyası 2016-cı ilin ən yaxşılarının adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, ilk “üçlük” səsvermənin nəticələrinə əsasən müəyyənləşib.

 

Belə ki, 38 min respondent Olimpiya çempionları arasında seçim edib. Kişilərin mübarizəsində iranlı Kianauş Rostami birinci olub. O, 20 min səs toplayıb. İkinci yerdə qərarlaşan Laşa Talaxadze ondan təxminən 3 dəfə geri qalıb. “Üçlüyü” isə azərbaycanlı Nicat Rəhimov qapayıb. Qazaxıstanın şərəfini qoruyan həmyerlimiz əsas rəqiblərindən çox geri qalıb.

 

Qadın ağırlıqqaldıranların səsverməsində isə Sopita Tanasan (Tailand) birinci olub. İkinci yerdə Vey Denq (Çin), üçüncü pillədə Şu-Çinq Hsu (Çin Taypeyi) qərarlaşıb.

 

0