[b]“Azərbaycana da məmnuniyyətlə gedərəm” – Bilyaletdinov[/b]
08.02.2017 - 10:31
[b]“Azərbaycana da məmnuniyyətlə gedərəm” – Bilyaletdinov[/b]

“Artıq 10 gündü Latviyadayam. Yerli futbolu izləyib, özüm üçün qeydlər edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri rusiyalı məşqçi Rinat Bilyaletdinov deyib.

 

Son iş yeri 2015-ci ildə çalışdığı Kazan “Rubin”i olan 60 yaşlı mütəxəssis hazırda Latviyaya gerçəkləşən səfərindən və istənilən ölkədə çalışmağa razılığından danışıb: “Məni Yurmala “Spartak”ından olan dostlarım bura dəvət edib. Komandaya rəhbərlik edəcəyim haqda danışmaq tezdi. Bunun üçün hər iki tərəfin razılığı lazımdı. Mənə digər ölkələrin futbolunu izləmək maraqlıdı. Gürcüstana da, Azərbaycana da, Ermənistana da məmnuniyyətlə gedərəm. Onları Rusiya futbolu ilə müqayisə etmək maraqlıdı”.

 

Qeyd edək ki, Rinat Bilyaletdinov tanınmış rusiyalı futbolçu Diniyarın atasıdı.

0