[b]Azərbaycan Həndbol Federasiyası loqosunu dəyişdi - FOTO[/b]
08.02.2017 - 11:03
[b]Azərbaycan Həndbol Federasiyası loqosunu dəyişdi - FOTO[/b]

Azərbaycan Həndbol Federasiyası (AHF) loqosu yenilənib. Qurumdan apasport.az saytına verilən məlumata görə, AHF-in emblemi bundan sonra ay və ulduz əks olunan formada deyil, alov şəklində olacaq.

 

Üzərində həndbolçu silueti olan top federasiyanın bu idman növünə aid olduğunu vurğulayır. Topu bürüyən alov loqotipi daha əzəmətli göstərir. Yeni emblemdə Azərbaycanın dövlət bayrağının rənglərinin əks olunması milli dəyərlərə bağlılığın simvoludu.

 

Loqonun bugünlərdə təqdimatının da olması planlaşdırılır.

 

0