SİZİN REKLAM BURADA

Azərbaycan klubları Rusiya çempionatında oynasa...

“Xarici klubların Rusiya Superliqasında çıxış etməsi əla olardı. Amma biz həmin səfərlərə gedə bilmərik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın “Zareçye Odintsovo” klubunun baş məşqçisi Vadim Pankov deyib.

 

O, İsveçrənin “Volero”, Azərbaycanın “Telekom” və “Azərreyl” komandalarının Rusiya çempionatında iştirak etməsi variantına münasibət bildirib. Mütəxəssis bunun müsbət və mənfi tərəflərinə toxunub: “Bizim milli çempionat çərçivəsində xaricə yollanmaq üçün maliyyə imkanlarımız yoxdu. Ehtiyat qüvvələrimizin buna gücü çatmayacaq. Yoxsa bu xarici klublar burda oynamalı, bizim meydanlarda mübarizə aparmalı olacaqlar. Liqanın səviyyəsinə gəlincə, bu çox möhtəşəm hesab edilə bilər. Azərbaycan klubları və “Volero” yarışın səviyyəsini qaldıracaq”.

 

Kazan “Dinamo”sunun baş məşqçisi Rişat Gilyazutdinov da Superliqanın gücləndirilməsinin tərəfdarıdı: “Güclü, rəqabətə davamlı komandaların Superliqaya qatılması bizim klublarla başabaş mübarizə aparması birmənalı şəkildə xeyrimizə olacaq. Yaxşı, çətin oyunların sayı artacaq ki, çempionat da solğun deyil, daha gərgin mübarizə şəraitində keçəcək. Bu bizim klubların irəliləyişinə səbəb olacaq. Təbii ki, bu da müsbət məqamdı”.

 

Təcrübəli mütəxəssis “rsport”a hazırda Rusiya çempionatında rəqabətin olmamasından da şikayətlənib: “İndi Superliqada bir-birilə gərgin mübarizə aparan komandalarla yanaşı, həmin gərginliyə dözməyən klublar da var. Təbii ki, onlardan daha artığını almaq istəyərdik. Yeni komandalar hesabına vəziyyətin düzəlməsi yaxşı olardı”.

 

Qeyd edək ki, Ümumrusiya Voleybol Federasiyasının qadın komandaları üzrə kuratoru  Vladislav Fadeyev Rusiya Superliqasının xarici klublar hesabına gücləndirilə biləcəyini açıqlamışdı. O bildirmişdi ki, adıçəkilən 3 klublar ilkin danışıqlar olub. 

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ

27

18

5

4

44-13

59

2.

Qəbələ

27

14

10

3

47-19

52

3.

İnter

27

11

10

6

39-32

43

4.

Zirə

27

9

9

9

26-26

36

5.

Kəpəz

27

8

9

10

23-27

33

6

Sumqayıt

27

8 8

11

26-34

32

7.

Neftçi

27

9

2

16

23-43

29

8.

 AZAL

27

1

7

19

13-47

10

               

 

Top 10
Sizin reklam burada
150x220