"Benfika"dan qələbə, "Barselona" darmadağın oldu - YENİLƏNİB

Avrokuboklarda 2 aydan çox çəkən fasilə başa çatıb. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.

 

İlk oyun günündə iki qarşılaşma baş tutub. Qrup mərhələsinə məğlub olmayan PSJ "Barselona" ilə qarşılaşıb. Doğma meydanda rəqibini darmadağın edən parislilər 4:0 hesablı tarixi qələbəyə imza atıblar. Di Mariyanın dubl etdiyi oyunda Draksler və Kavani hərəyə bir dəfə fərqləniblər.

 

Günün digər matçında “Benfika” ilə Dortmund “Borussiya”sı üz-üzə gəliblər. Portuqaliya çempionatının lideri güclü rəqibi qarşısında minimalhesablı qələbə qazanıb. Mitroğlunun 48-ci dəqiqədə vurduğu qol matçda yeganə olub. "Borussiya"da isə Obameyanq penaltidən yararlana bilməyib.  

 

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

 

14 fevral

“Benfika” (Portuqaliya) – “Borussiya” (Dortmund, Almaniya) - 1:0

Qol: Mitroğlu, 48

Baş hakim: Nikola Ritsoli (İtaliya)

 

“Benfika”: 1. Ederson, 4. Luizao (k), 5. Feysa, 11. Mitroqlu, 14. Lindelöf, 15. Karilyo, 18. Salvio, 19. Eliseu, 21. Pitsi, 27. Rafa Silva, 50. Semedo

 

“Borussiya” D: 38. Bürki, 5. Bartra, 7. Dembele, 11. Roys, 13. Qerreyro, 17. Obameyanq, 25. Papastopulos, 26. Pitsçek, 29. Şmeltser (k), 33. Veyql, 37. Durm

 

 

PSJ (Fransa) – “Barselona” (İspaniya) - 4:0

Qollar: Di Mariya, 18, 55, Draksler, 40, Kavani, 71

Baş hakim: Şimon Marçinyak (Polşa)

 

PSJ: 1. Trapp, 3. Kimpembe, 5. Markinyos, 6. Verratti, 9. Kavani, 11. Di Maria, 12. Menye, 14. Matyuidi (k), 20. Kurzava, 23. Draksler, 25. Rabo

 

“Barselona”: 1. Ter Şteqen, 3. Pike, 5. Busqets, 8. İnyesta (k), 9. Suares, 10. Messi, 11. Neymar, 18. Alba, 20. Serji Roberto, 21. Andre Qomes, 23. Umtiti

 

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qəbələ

19

12

6

1

38-10

42

2.

Qarabağ

19

13

3

3

32-10

42

3.

İnter

19

8

9

2

30-19

33

4.

Sumqayıt

19

6

7

6

20-23

25

5.

Zirə

19

6

5

8

17-21

23

6.

Neftçi

19

5

2

12

14-33

17

7.

Kəpəz

19

3

7

9

12-22

16

8.

 AZAL

19

1

5

13

8-33

8

               

 

Top 10
Sizin reklam burada
150x220