SİZİN REKLAM BURADA

Telekom”un baş məşqçisi Rusiya çempionatında oynamağa razıdı

“Azərbaycanda 6 eyni səviyyəli komanda yoxdu. Bu səbəbdən çempionat o qədər də güclü deyil. Ona görə də Rusiya Superliqasında iştirak etmək çox yaxşı olardı”. Bunu apasport.az saytına açıqlamasında “Telekom”un baş məşqçisi Zoran Qayiç deyib.

 

Ümumrusiya Voleybol Federasiyasının qadın komandaları üzrə kuratoru Vladislav Fadeyev Rusiya Superliqasının xarici klublar hesabına gücləndirilə biləcəyini açıqlayıb. O bildirib ki, artıq bununla bağlı İsveçrənin “Volero”, Azərbaycanın “Telekom” və “Azərreyl” klubları ilə ilkin danışıqlar olub. 

 

Hazırda Serbiya Voleybol Federasiyasının da prezidenti olan Qayiç  Bakı klublarının Rusiya çempionatında iştirak etməsi variantına münasibət bildirib: “Bu təklifi nəzərdən keçirmək olar. Amma Rusiya tərəfi də müəyyən hüquqi, təşkilatı, maliyyə ilə bağlı məsələlərə aydınlıq gətirməlidi. Əgər danışıqlar müsbət nəticələnərsə, sözsüz ki, “Telekom” da, “Azərreyl” də güclənməlidi. Çünki bu səviyyədə Rusiya çempionatında çıxış etmək olmaz”.

 

Çalışdırıcı bu siyahıya “Azəryol”u da əlavə edib. Onun sözlərinə görə, bu komanda da heyətinə əl gəzdirərsə, Rusiya Superliqasında özünə yer edə bilər.

 

Qayiç uçuşlarla bağlı da danışıb. O qeyd edib ki, təqvim relslərə əsasən tətbiq edilməlidi: “Bakıdan Rusiyaya və şəhərlərinə birbaşa uçuşlar həyata keçirilir. Bu səbəbdən də bütün bunlar da çempionatın qrafikinin hazırlanmasında nəzərə alınmalıdı”.

 

Qeyd edək ki, İsveçrənin “Volero” klubunun sahibi Stav Yakobi da belə bir yarışın təşkilinin əleyhinə olmadığını açıqlayıb. O bildirib ki, İsveçrə çempionatı ilə yanaşı, burda da oynamağa hazırdılar. 

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ

23

15

4

4

37-11

49

2.

Qəbələ

23

13

8

2

42-13

47

3.

İnter

23

10

9

4

33-23

39

4.

Zirə

23

8

6

9

20-23

30

5.

Neftçi

23

8

2

13

19-36

26

6

Sumqayıt

23

6 7

10

20-30

25

7.

Kəpəz

23

5

9

9

16-24

24

8.

 AZAL

23

1

7

15

10-37

10

               

 

Top 10
Sizin reklam burada
150x220