SİZİN REKLAM BURADA

Faiq Qarayev Rusiyadan rəsmi müraciət gözləyir

“Bizə bu barədə hansısa rəsmi müraciət edilməyib”. Bunu apasport.az saytına Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev deyib.

 

Təcrübəli mütəxəssis Ümumrusiya Voleybol Federasiyasının qadın komandaları üzrə kuratoru Vladislav Fadeyevin təklifinə münasibət bildirib. O qeyd edib ki, Rusiya Superliqasının xarici klublar hesabına gücləndirilə bilməsi ilə bağlı rəsmi dəvət almayıblar: “Əgər hər hansı bir rəsmi müraciət olarsa, federasiya bu təklifi müzakirə edəcək. Bunun bizə nə qədər faydalı olub və ya olmamağını araşdıracağıq. Amma bu gün sosial şəbəkələrdə ya saytlarda yazılanlarla bağlı dəqiq nəsə deyə bilmərik. Müraciət rəsmiləşərsə, biz də mövqeyimizi açıqlayacağıq”.

 

Qeyd edək ki, Fadeyev Rusiya çempionatının gücləndirilməsi ilə bağlı İsveçrənin “Volero”, Azərbaycanın “Telekom” və “Azərreyl” klubları ilə ilkin danışıqlar olduğunu açıqlayıb. Lakin hələlik hansısa rəsmi müraciət barədə məlumat yoxdu.

 

 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-25 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10