SİZİN REKLAM BURADA

Voleybola futbol nümunəsi

Qadın voleybolçulardan ibarət Azərbaycan klublarının Rusiya çempionatında çıxış etməsi yenidən gündəmə gəlib. Apasport.az saytının məlumatına görə, bir müddət öncə müzakirəyə çıxarılan, son günlər isə daha da aktuallaşan bu təklifə bütün dünyada və əksər idman növlərində rast gəlmək mümkündü.

 

Söhbət bir ölkə klublarının başqa çempionatlarda çıxışından gedir. Bu addım bəzi hallarda məcburiyyətdən atılsa da, demək olar ki, əksər hallarda özünü doğruldur. Ən azı futboldakı nümunələr belə deməyə əsas verir. Dünya futbolunda belə nümunələr kifayət qədərdi.

 

Avropadan kənara çıxmayıb, “Köhnə qitə”yə nəzər salsaq da, buna şahid olarıq. Belə hallar daha çox Böyük Britaniya və İrlandiyada dəbdədi.

 

Uels və İngiltərə klubları arasında gah bu, gah o biri ölkənin çempionatında çıxış edənlər də var. Hazırda özünün yox, o birinin yarışına qatılanlar da az deyil. Ən güclü Uels təmsilçiləri “Suonsi” və “Kardiff” də İngiltərədə qüvvəsini sınayır. Dəfələrlə Uels çempionu olan TNS isə sərhəddə yerləşən iki kiçik şəhərin ortaq komandası olduğundan həm oynadığı ölkə, həm İngiltərəni təmsil edir.

 

Bundan başqa, Böyük Britaniyada şotlandiyalıların İngiltərə, sonuncuların Şotlandiya çempionatında çıxış etməsi də adi hala çevrilib. Şimali İrlandiyanın tanınmış klubu olan “Derri Siti” isə İrlandiya çempionatında uğurla mübarizə aparır.

 

Monako, San-Marino və Andorranın eyniadlı klubları isə müvafiq olaraq Fransa, İtaliya və İspaniyanın çempionatlarında çıxış edir. Düzdü, san-marinolular və andorralılar öz çempionatını da keçirir. Amma bu ölkələrin ən peşəkar klubu daha güclü liqada mübarizə aparır. Hərçənd, onların hər ikisi aşağı dəstədə qüvvəsini sınayır. “Monako” isə ölkəsinin yeganə klubu olsa da, həm Fransa daxili, həm də qitə miqyaslı turnirlərdə uğurlu çıxış edir.

 

Çempionatı olmayan Lixtenşteynin komandaları da İsveçrə liqasında oynayır. Maraqlıdı ki, bu ölkənin aşağı dəstələrində Almaniya və İtaliya klubları da çıxış edib və indi də bu yola sadiq qalanlar var.

 

Futbol tarixində Almaniyada oynayan Avstriya klubları, İsveçdə çıxış edən Finlandiya, Yunanıstanda mübarizə aparan Kipr klubları da olub. Rusiya “Volna”sı isə bir vaxtlar qısa müddətə Litva çempionatına üz tutub ki, bu da Kalininqradın Baltikyanı ölkələrə yaxın olması ilə bağldı.

 

Bu tendensiya Avropadan kənarda da müşahidə olunur. Şimali Amerikada təkcə futbol deyil, az qala bütün komanda idman növlərində birləşmiş liqalar var. Futbolda isə Bermud adaları, Kanada, Purto-Riko, Antiqua və Barbudanın klubları ABŞ-da qüvvəsini sınayır. Yeni Zelandiya təmsilçisinin Avstraliya, Bruney klubunun Malayziyada oynaması da çoxdan adiləşib. Əslində, elə Avstraliyanın özünün də Asiya zonasına daxil olması göstərir ki, futbol və idman sərhəd tanımır.

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ

23

15

4

4

37-11

49

2.

Qəbələ

23

13

8

2

42-13

47

3.

İnter

23

10

9

4

33-23

39

4.

Zirə

23

8

6

9

20-23

30

5.

Neftçi

23

8

2

13

19-36

26

6

Sumqayıt

23

6 7

10

20-30

25

7.

Kəpəz

23

5

9

9

16-24

24

8.

 AZAL

23

1

7

15

10-37

10

               

 

Top 10
Sizin reklam burada
150x220