[b]“Qalatasaray”ın yeni baş məşqçisi: Sabri hələ oynayır?[/b]
15.02.2017 - 17:00
[b]“Qalatasaray”ın yeni baş məşqçisi: Sabri hələ oynayır?[/b]

“Qalatasaray”ın yeni baş məşqçisi İqor Tudor İstanbul təmsilçisinin rəhbərliyi ilə görüşüb. Apasport.az saytının məlumatına görə, xorvatiyalı mütəxəssis klubun Floryadakı bazasında prezident Dursun Özbəklə müqavilənin detallarını müzakirə edib.

 

Klubun rəhbərliyində yer alan digər rəsmilərlə görüşdə isə Tudor nə dərəcədə zarafatcıl olduğunu nümayiş etdirib. Onun Sabri Sarıoğlunun hələ də oynayıb-oynamadığını soruşması hamının təbəssümünə səbəb olub.

 

Tudor isə bunu 2003-cü il dekabrın 2-də keçirilən “Qalatasaray” - “Yuventus” oyununun videosunu izləyən zaman soruşub. Belə ki, onun həmin matçı xatırlamasından sonra türkiyəlilər matçı izləməsini istəyib.

 

Oyunun gedişində Sabrinin fintinə aldanan Tudor epizodu görən kimi dillənib: “Həmin gün məni əla aldadanda neçə yaşında idi, hələ də oynayırmı?”

 

Tudor “Qalatasaray” azarkeşlərini də tərifləyib: “Onların qarşısında oynamalı oldum. Komandalarına möhtəşəm dəstək verirlər. “Qalatasaray” kimi komandaya da belə azarkeş yaraşır. Qarşılaşma möhtəşəm atmosferdə keçmişdi və sonradan öz aramızda da “Qalatasaray” fanatları haqda danışdıq”.

 

Qeyd edək ki, bu gün İstanbul klubunun baş məşqçisi təyin olunan Tudorun son iş yeri “Karabükspor” olub.

 

0