[b]Super Liqada oynamış futbolçu AZAL-da[/b]
15.02.2017 - 20:41
[b]Super Liqada oynamış futbolçu AZAL-da[/b]

AZAL heyətini daha bir oyunçu ilə gücləndirib. Apasport.az saytına bu barədə klubun mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov məlumat verib.

 

Klub rəsmisi bildirib ki, “təyyarəçilər” mərakeşli oyunçu Mehdi Tauilin keçidini artıq həll edib.

 

Mərakeş millisinin keçmiş üzvü bu gün Bakıya gələrək yeni komandasına qoşulacaq.

 

Onunla ilk etapda mövsümün sonuna kimi anlaşma əldə olunub.

 

Qeyd edək ki, Mərakeşin gənclər millisində 25, əsas yığmada isə 5 matçda meydana çıxmış Tauil azərbaycanlı azarkeşlərə Türkiyənin “Sivasspor” klubundakı oyunu ilə tanışdır. 33 yaşlı yarımmüdafiəçi "Klimarnok"un heyətində Şotlandiya kubokunun da sahibidir.

0