Dibala üzr istədi: Mənim səhvim idi
15.02.2017 - 21:16
Dibala üzr istədi: Mənim səhvim idi

Paulo Dibala “Yuventus”la yeni müqavilə imzalamağa hazırlaşır. Apasport.az saytının məlumatına görə, bu barədə futbolçu özü açıqlama verib.

 

Yerli mətbuata danışan argentinalı artıq agentinin İtaliyada olduğunu da qeyd edib: “Biz yeni müqavilə imzalamağa çox yaxınıq. Agentim artıq İtaliyadadır. Yəqin ki, yaxın günlərdə sözləşmə rəsmiləşəcək”.

 

Gənc futbolçu oyunların birində əvəz olunan zaman baş məşqçi Massimiliano Alleqriyə əl hərəkəti etməsini də şərh edib: “O vəziyyətdə haqsız idim. Bu insident mənim günahım idi və buna görə üzr istəyirəm”.

0