[b]Çempionlar Liqasında yeni rekord [/b]
16.02.2017 - 09:44
[b]Çempionlar Liqasında yeni rekord [/b]

“Bavariya” Çempionlar Liqasında (ÇL) ardıcıl 16-cı ev qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, Münhen təmsilçisi bu göstərici ilə yeni rekorda imza atıb.

 

ÇL tarixində ən uzun qələbə seriyasının müəllifi olan “qırmızılar” 1/8 finalın ilk oyununda “Arsenal”ı 5:1 hesabı ilə darmadağın edib.

 

Bu da Bundesliqa klubunun 16-cı uğuru olub. 2014-cü ilin aprelində öz meydanında “Real”dan 4 cavabsız qol buraxan “Bavariya” 3 ilə yaxındı qonaqları əliboş yola salır. Qələbə seriyası isə “Mançester Siti” ilə 2014-cü ilin sentyabrındakı oyunla başlayıb – 1:0.

 

Qeyd edək ki, “Bavariya” və “Arsenal” arasında cavab oyunu martın 7-də keçiriləcək.

0