SİZİN REKLAM BURADA

Yelena Şabovta: Faiq Qarayev həmişə sevib, sevir və sevəcək

Azərbaycan voleybolunun ulduzu Yelena Şabovtanın apasport.az saytına müsahibəsi

 

- Ümumrusiya Voleybol Federasiyasının qadın komandaları üzrə kuratoru Vladislav Fadeyev Azərbaycan və İsveçrə klublarının Rusiya Superliqasında oynamasını təklif edib. Qonşu ölkə mətbuatının gündəmini zəbt edən bu məsələyə sizin münasibətiniz necədi?

- Faiq Qarayev hələ SSRİ dağılanda bunu istəyirdi. Həmin vaxt ölkədə yalnız milli komanda və bir klub vardı. Bizə isə oynamaq lazım idi. Amma onda həm Bakıdakı vəziyyət, həm də maliyyə ilə bağlı problemlər yaşayırdıq. Ümumiyyətlə, idman heç kimə lazım deyildi. Məhz buna görə də Faiq Qarayev bizim hamımızı oynamaq üçün Türkiyə klublarına göndərdi.

 

- Sonradan da belə bir cəhdin olduğu haqda məlumatlar var. Bu nə dərəcədə düzgündü?

- Bəli. 2001-ci ildə bizi bir yerə toplayanda Qarayev yenidən Ümumrusiya Voleybol Federasiyası ilə danışıqlar apardı ki, onların liqasında oynayaq. Amma ikinci cəhd də alınmadı.

 

- Əgər bu gerçəkləşsəydi, Azərbaycan voleybolu nə qazanardı?

- Düşünürəm ki, biz həmin vaxt Rusiya çempionatında oynasaydıq, bir çox oyunçularımız böyük təcrübə qazanmış olardı. Həmin vaxt Valeriya Korotenko, Oksana və Yelena Parxomenko bacıları, Oksana Məmmədyarova, Natalya Məmmədova və başqaları ümumiyyətlə heç bir təcrübəyə malik deyildilər. Onlar istedadlı idilər, amma oyun baxımından praktikaları yox idi.

 

- Necə düşünürsüz, Azərbaycan çempionatı son illərlə müqayisədə zəifləyib? Belə bir vəziyyətdə də yeni ideyanın gerçəkləşməsi klublarımıza səviyyəsini saxlamağa kömək edər?

- Hazırda Azərbaycanda yığmanın çox sayda istedadlı oyunçuları var. Amma son 4 ildə onlardan demək olar ki, tam istifadə olunmayıb. Çünki Bakı klublarına dünya və Avropa səviyyəli ulduzlar gətirilirdi. Bu da təbiidi. Pul vardı, bütün klublar qələbə qazanmaq istəyirdi. Hazırda bütün dünyada olduğu kimi Azərbaycanda da iqtisadi problem yaşanır. Belə vəziyyətdə klub saxlamaq çətindi. Üstəlik, öz çempionatında əgər zəifdisə. Bu üzdən heç kimdə maraq yoxdu. Amma bu yenə Faiq Qarayevə lazımdı, çünki voleybolu həmişə sevib, sevir və sevəcək.

 

- Sizin də iştirak etdiyiniz SSRİ çempionatlarında Azərbaycan yalnız bir komanda – BMKZ ilə təmsil olunurdu. Amma indi rusiyalılar İsveçrə “Volero”su ilə yanaşı, 2 təmsilçimizə - “Azərreyl”lə “Telekom”a elçi düşüblər...

- 2 Azərbaycan klubunun Rusiya Superliqasında oynaması möhtəşəmdi. Çox sevinirəm ki, Qarayevin bu istəyi gerçəkləşə bilər. Millimizin üzvləri tam fərqli üslub və taktikaya malik komandalarla oyunlarda təcrübə toplamaq üçün unikal imkan qazanacaq. Yoxsa ki, bütün mövsümü 2-3 rəqiblə oynamayacaq. Bir sözlə, bu gerçəkləşsə, mən şad olaram.

 

- Belə olan halda, legioner həyatı yaşayan ulduzlarımızın da geri dönməsi mümkündümü?

- Niyə görə yığmamızın oyunçuları həmişə ölkə xaricinə yollanmaq istəyib? Bunun səbəbi həmişə oyun təcrübəsində olub. Rusiya, Türkiyə, İtaliya, Fransa, Polşa və başqa ölkələrdə komanda çoxdu və daxili çempionat da maraqlıdı. İl ərzində 30-40 oyun keçirə bilirsən. Bu milli üzvləri üçün dünya arenalarına daxil olmağa fantastik təkandı.

 

- 1991-ci ildə başa çatan SSRİ çempionatının iştirakçılarından olmusuz. Bu ideya sizə 26 il öncəni xatırlatmadı ki?

- Təbii ki. Son SSRİ çempionatını xatırlayıram. Həmin vaxt biz bürünc medal uğrunda “Uraloçka-2”yə uduzsaq da, avrokuboklarda uğurla çıxış etdik. Kuboklar kubokunda isə 2-ci yeri tutduq. 

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ

27

18

5

4

44-13

59

2.

Qəbələ

27

14

10

3

47-19

52

3.

İnter

27

11

10

6

39-32

43

4.

Zirə

27

9

9

9

26-26

36

5.

Kəpəz

27

8

9

10

23-27

33

6

Sumqayıt

27

8 8

11

26-34

32

7.

Neftçi

27

9

2

16

23-43

29

8.

 AZAL

27

1

7

19

13-47

10

               

 

Top 10
Sizin reklam burada
150x220